Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad rayon sakini Fərid Mirzəyevi və qohumu, paytaxt sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyevı 1 kq. 118 qram heroini şərti alıcıya satmaq istəyərkən saxlayıblar.
Əməliyyat tədbirlərinin davamı olaraq M.Barıyevın, Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırdığı 2 kq. 76 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, narkotik vasitələri F.Mirzəyev qaçaqmalçılıq yolu ilə Azərbaycana İrandan gətirib.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.