Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Z.Bəkirovanın çantasından, içərisində 300 manat, 50 dollar və sənəd olan pulqabısını oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş Konstantin Qnuşey tutulub.
Araşdırma zamanı, onun daha 3 qadının çantalarından pul və sənəd oğurlaması müəyyən edilib.
Nizami RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.