Median.Az xəbər verir ki, Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini Məhərrəm Məhərrəmzadəni saxlayıblar.
Məlum olub ki, oktyabrın 10-u saat 20 radələrində Ş.Qurbanov küçəsində yerləşən yeraltı piyada keçidində o, Bakı şəhər sakini olan qadına hüçum edib, ona məxsus 262 manat pulunu açıq talama yolu ilə ələ keçirib.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.