Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilən istintaq-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səfər Əkbərov saxlanılıb.
Məlum olub ki, o bu il iyunun 7-də Biləcəri qəsəbəsində, evlərin birindən 200 manat və 3 ədəd mobil telefon oğurlayıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.3-cü (oğurluq, qanunsuz yaşayış sahəsinə daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.