Neftçala polisi silsilə oğurluqlar törədən şəxsləri saxlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:26 Qarabağ Universitetinin dekanı: Birillik fəaliyyətimiz dövründə bir çox uğurlara imza atmışıq  |     19:20 Lənkəranda "Qazel" 42 yaşlı qadını vurub  |     19:11 Yakuboviçin bığına 10 milyon təklif edildi , rədd etdi  |     19:06 Bu bürclərin həyatı 180 dərəcə dəyişəcək - çox az qaldı  |     18:50 Eldar Qasımova “Avroviziya”da yeni vəzifə verildi  |     18:37 Azərbaycan ən çox qızıl alan 5-ci ölkə oldu  |     18:22 Rusiyada saxlanılan Elman Paşayevin həyat yoldaşı dindirildi  |     18:11 Hacıqabulda quldurluq edən şəxslər saxlanılıb  |     17:50 Bakıda yol-nəqliyyat hadisəsi zamanı avtomobil yanıb  |     17:32 Dövlət qurumunun əməkdaşları elektrik dirəyindən yıxıldılar - Ölən var  |     17:07 Cəlilabadda 33 yaşlı qadın itkin düşüb - FOTO  |     16:57 Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR  |     16:49 AYNA "Ukrayna dairəsi"ndə yaranan sıxlığa aydınlıq gətirdi - VİDEO  |     16:29 Abşeronda körpə ürək çatışmazlığından öldü  |     16:26 Sabahdan intensiv yağış yağacaq - XƏBƏRDARLIQ  |     16:25 Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir  |     16:24 Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb?  |     16:09 Bərdədə dörd kiloqram marixuana aşkarlandı  |     15:57 İki rayonda KIA markalı avtomobillər qaçırıldı - Saxlanılanlar var  |     15:45 Netanyahu SAXAL-ın Baş Qərargah rəisini tezliklə istefaya göndərəcək  |    

Neftçala polisi silsilə oğurluqlar törədən şəxsləri saxlayıb

Median.Az xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki evin həyətindən 2 baş qoyun oğurlayan Xıllı qəsəbə sakinləri Raiq Qədirov, Cəlal Miriyev və Abbas Cəbrayılov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, Raiq Qədirov avqustun 17-də həmyerlisi Firuddin Qafarovla evdən 24.000 rubl , 50 manat, 2500 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlayıblar. Keçirilmiş əməliyyat tədbiri nəticəsində F.Qafarov saxlanılıb.

Davam etdirilən araşdırma nəticəsində onun sentyabrın 1-də Xıllı qəsəbəsindəki evlərin birindən 27 manat və 1000 dollar, habelə həmyerlisi Əmanət Umudovla birgə aprelin 5-də daha bir evdən 360 manat və 500 dollar, 2350 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.

Keçirilən əməliyyat tədbiri ilə Ə.Umudov saxlanılıb. Müəyyən edilib ki , bu il mayın 23-də o, rayon ərazisindəki evlərin birindən 1700 manat və 200 dollar, 5000 manat dəyərində qızıl əşyalar oğurlayıb.

RPŞ İstintaq bölməsində CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə) və 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 547 17.09.18 11:17