Median.Az xəbər verir ki, avqustun 12-i gecə saat 3 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsində, müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
DIN Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədən “KamAZ” markalı avtomaşının sürücüsü, Şamaxı rayon sakini Xalid Daşdıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.