Namus üstündə bacısını boğub öldürən məhkəmə qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |     12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |    

Namus üstündə bacısını boğub öldürən məhkəmə qarşısında

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayon sakini Aydın Hüseynovun (1985-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

ittiham aktına əsasən, bu il martın 29-da Goranboy RPŞ-nin əməkdaşları rayon ərazisində 2011-ci ildə törədilmiş ağır cinayətin üstünü açıblar.

Belə ki, İrəvalı kəndində yaşayan Rəxşəndə Hüseynovanın (1983-cü il təv.) meyiti qardaşının yaşadığı evin zirzəmisində aşkar edilib. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, qadının ölümünə mexaniki asfiksiya səbəb olub.

Araşdırma zamanı məlum olub ki, Rəxşəndə Hüseynovanı qardaşı Aydın Hüseynov boğaraq qətlə yetirib və sonra meyitini evin zirzəmisində basdırıb.

İstintaqın gedişatında məlum olub ki, ailəli olan Rəxşəndə Hüseynova 2008-ci ildə ərindən boşanaraq, qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının yüngül həyat tərzi keçirməsi, dəfələrlə xarici ölkələrə getməsi qardaşlarında narazılıq yaradıb. Qadın tutulan iradlara qadın məhəl qoymayıb, bunun nəticəsində 2011-ci ildə sözügedən cinayət törədilib.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

Aydın Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib. Sərbəst ifadəsi zamanı o, bacısını yüngül həyat tərzi keçirdiyini, tez-tez xarici ölkələrə özbaşına gedib-gəldiyini bildirib:

“Axırıncı dəfə bacımla mübahisəmiz düşəndə, ondan həyat tərzini dəyişməsini tələb etdim. Lakin Rəşxəndə söylədiklərimə məhəl qoymadı. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Boğdum və meyitini basdırdım”.

Növbəti məhkəmə prosesi iyulun 31-ə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 238 27.07.18 12:53