Median.Az xəbər verir ki, Hacıqabul RPŞ-nin əməkdaşları rayon sakini Tərlan Ağazadəni saxlayıblar. Məlum olub ki, o iyulun 23-də Lökbatan qəsəbəsi ərazisindən Sumqayıt şəhər sakini Elvin Vəliyevə məxsus "Moskviç" markalı avtomobili qaçırıb. Zərərçəkmiş bununla əlaqədar Qaradaq RPİ 10-cu polis bölməsinə müraciət edib. Polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Hacıqabul şəhər ərazisində hərəkətdə olduğu müəyyən edilib.
Bundan başqa, iyulun 24-də Mingəçevir şəhəri ərazisindən şəhər sakini Ruslan Hüseynovun "VAZ 2107" markalı avtomobilinin qaçırılması barədə polis şöbəsinə müraciət daxil olub. Görülmüş tədbirlərlə avtomobilin Ağdaş rayonu ərazisində hərəkətdə olması müəyyən edilib və o, orada saxlanılıb.
Məlum olub ki, nəqliyyat vasitəsini Yevlax rayon sakini Sərxan Əliyev qaçırıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.