Median.Az xəbər verir ki, Goranboy RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Kamal Məmmədovu saxlayıblar.
Müəyyən edilib ki, K.Məmmədov idarə etdiyi "VAZ 21103" markalı avtomobillə iyulun 20-i saat 21 radələrində Xanqərvənd kəndi ərazisində kənd sakini Ziyəddir Rüstəmov vurub və hadisə yerindən qaçıb. Piyada Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.
Goranboy RPŞ İstintaq bölməsində istintaq aparılır.