Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Qobustan həbsxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 37/13 ünvanında yaşamış, Şəki Appelyasiya Məhkəməsinin 13.03.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4; 317-2 və 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nurlan Azər oğlu Sadıxzadənin yanına gəlmiş tanışı, 1989-cu il təvəllüdlü, Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Cavad küçəsi ev 5/1 ünvanında qeydiyyatda olan vətəndaş Anar Mehman oğlu Bayramovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman böyürtkən mürəbbəsi olan bankanın içərisində yerləşdirilərək gizlədilmiş ümumi xalis çəkisi 40,438 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.