Median.Az xəbər verir ki, Ağsu RPŞ-nin əməkdaşları axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində Ağdam rayon sakini Gündüz Abbasovu saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, o ayın 17-də Muradlı kənd sakini A.Nurməmmədovun həyətyanı sahəsindən 2 baş qoyunu "Daewoo" markalı avtomobilinə qoyaraq, ərazidən uzaqlaşıb.
Faktla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.