Tanış olduğu qadını zorlayan şəxin bəraət hökmü ləgv edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |     18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     18:17 Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?  |     18:14 Azərbaycanda bir universitetin təmirinə 790 min manat sərf olunacaq  |     18:03 Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır  |    

Tanış olduğu qadını zorlayan şəxin bəraət hökmü ləgv edilib

Ali Məhkəmədə Samir Məmmədovun (1982-ci il təv.) CM-nin 149.2.5-ci (təkrar zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə bəraət almasına dair kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
xəbər verir ki, Samir Məmmədov 2015-ci il aprelin 7-də Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən "Bizim məkan” kafesində Nərgiz Əhmədova ilə tanış olub. Söhbət əsnasında o qadının əqli cəhətdən anormal olduğunu hiss edib. Məmmədova ona qalmağa yeri olmadığını söyləyib. Buna görə Məmmədov qadını gecə qalmaq adı ilə aldadaraq özü ilə, əvvəlcə Hövsan qəsəbəsində yaşayan qohumunun evinə aparıb. Ayın 8-nə keçən gecə o. Əhmədovaya zor tətbiq edərək, onunla cinsi əlaqədə olub. Bundan başqa, ertəsi gün Samir Məmmədov Nərgiz Əhmədovanı həmin qəsəbədə yaayan tanışının evinə aparıb və orada, yataq otağında onunla yenidən intim əlaqədə olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədova bəraət verilib.

Hökmdən prokuror apelyasiya protesti verərək, təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarılmasını xahiş edib.

Bakı Apelyasiya Məhkəməsi dövlət ittihamçısının protestini təmin etməyib.

Qərardan narazı qalan prokuror Ali Məhkəməyə kasasiya protesti verib.

Ali Məhkəmə kasasiya protestini təmin edib və Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edərək, işi yenidən apelyasiya baxışına qaytarıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 294 17.07.18 13:35