Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında Hövsan qəsəbəsində yaşayan Vaqif Quliyevi saxlayıblar.
Onun həyətyanı sahəsinə baxış keçirilərkən, oradan ümumi çəkisi 33 kiloqram olan 30 ədəd çətənə kolu aşkar olunub. Bundan əlavə yaşadığı evindən əlavə 3 kq. 525 qram marixuana tapılıb.
Faktla bağlı toplanmış material Suraxanı RPİ-nə göndərilib.