Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları daxil olmuş məlumat əsasında Saray qəsəbə sakini Həsən Hüseynova məxsus həyətyanı sahədə, kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar ediblər.
Bundan əlavə, Qusar RPŞ-nin əməkdaşları Çiləgir kən sakini Ağazaman Zamanova məxsus sahədə 23 ədəd, Ağcabəri RPŞ-nin əməkdaşları Hindarx qəsəbə sakini Əkrəm Namazovun evinin həyətində 8, Bilağan kənd sakini Faiq Sadıqova məxsus sahədə 10 və Şirvan ŞPŞ-nin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Ələkbərova məxsus sahədə 8 ədəd çətənə kolları aşkar edərək, götürüblər.
Faktlarla bağlı CM-nin 237.1-ci (qanunsuz olaraq narkotik xassəli tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işləri başlanılıb.