ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışnda üç dəfə məhbus həyatı yaşayan Taleh Həsənovun həbsxana hekayələrindən bəhs olunub:
Taleh Həsənov - cəzası 4 il (ümumi 13 il): "1981-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam. Üç uşağım var. 13 ildir ki, həbsxanada yaşayıram. Bakıya gəldim, "şofer" idim. Onun-bunun maşınında işlədim, gördüm belə ailə saxlamaq olmur. Məcbur oldum belə bir şey etdim. Axırda da peşman oldum. Avtobusda işləyirdim. 3 nəfər şəxs mənə yaxınlaşdı ki, "Son zəng"imizdir, bizi gəzməyə apar, pulunu ödəyərik. Getdik, gəldik. Sumqayıt ərazisində yaşıllıq bir yer var. Bu uşaqlar başladı oradakı otu əzməyə. 102-yə zəng etdilər, onlar da gəlib bizi bölməyə apardılar. Mən də Bakıya gəldim. Əvəz çıxmaq üçün yalandan zəng etdim ki, mən filan bölməyə bomba qoyuram partladam. Birinci dəfə buna görə həbs olundum.
İkinci dəfə dövlət işçisinə əl qaldırdığıma görə həbs olundum. Həbsxanadan çıxandan sonra bankdan 3500 manat pul götürdüm. Ödəmədim. Bank işçisi ilə dalaşdım və ona xəsarət yetirdim. İmkansızlıq idi, kirədə yaşayırdım.
Üçüncü dəfə həbsdən çıxandan 3 ay sonra avtobus "şofer"i kimi Qazax-Bakı yolu işləyirdim. Bir nəfər iş yoldaşım pul verdi ki, bunu verərsən Bakıda filankəsə. Gətirdim pulu verdim. Həmin şəxs mənə yenidən pul etibar edəndə mən növbə yoldaşımla o pulu aramızda böldük. Amma bilmirdim ki, artıq axtarışdayam və tutuldum".