Poçtla göndərilən bağlamalardan narkotik aşkar edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |    

Poçtla göndərilən bağlamalardan narkotik aşkar edilib

Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri ilə Bakı şəhərində yaşayan Azərbaycan vətəndaşının ünvanına göndərilən, ümumi çəkisi 0.051 kq olan bağlama rentgen aparatı vasitəsilə gömrük nəzarətindən keçirilərkən şübhə doğurduğundan gömrük baxışından keçirilib.

Dövlət Gömrük Komitəsindən oxu.az-a verilən məlumata görə, yoxlama zamanı bağlamadan xiyar toxumları əvəzinə 53 ədəd narkotik xassəli çətənə bitkisi toxumları aşkar edilib.

Həmin şəxsin ünvanına yenə də Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan və ümumi çəkisi 0.073 kq təşkil edən digər bağlamadan isə 20 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib. Rusiyadan Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşının ünvanına beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən digər bağlamaya da eyni üsullarla gömrük baxışı keçirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb. Ümumi çəkisi 0.800 kq olan bağlamadan 45 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib.

Aşkar edilən faktlar son dövrlərdə beynəlxalq poçt göndərişləri vasitəsilə ölkəyə daxil olan bağlamalarla bağlı gömrük yoxlamalarının şübhə altına alınmasının, gömrük orqanlarına qarşı irəli sürülən ittihamların əsassız olduğunu bir daha sübut edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 362 07.07.18 14:32