Bakıda deputatlığa namizəd olan şəxs həbs olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:01 “Krokus” terroruna görə daha bir nəfər həbs edildi - FOTO  |     18:58 Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə Məlumatı  |     18:49 Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı  |     18:46 KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib  |     18:26 Tovuzda qəza: Üç nəfər xəsarət alıb  |     18:04 Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)  |     17:51 Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü (VİDEO)  |     17:41 Türkiyə toyuq ətinin ixracına qadağa tətbiq etməyə hazırlaşır  |     17:37 Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər  |     17:23 60 yaşlı qadın dünya gözəli seçildi - FOTO  |     17:05 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:52 Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib  |     16:29 “Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA  |     16:09 Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO  |     16:06 “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib  |     15:27 Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var  |     15:12 Azərbaycan iki nazirə yeni səlahiyyət verilib - SƏRƏNCAM  |     15:11 Azərbaycanda hakim intihar etdi  |     15:10 Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı  |     15:09 Üç dünya lideri Bakıya dəvət olunub  |    

Bakıda deputatlığa namizəd olan şəxs həbs olundu

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqla axtarışda olan şəxsi həbs edib.

"Ölkə.Az”a verilən məlumata görə, 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib. Faktı Nərimanov Rayon Polis İdarəsindən də təsdiq ediblər.

Məlum olub ki, Tural Mamedov cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Belə ki, o, vətəndaşın etibarından sui istifadə edərək dələduzluq edib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, ancaq T.Mamedov istintaqdan yayındığı üçün polis idarəsi tərəfindən axtarışa verilib.

Araşdırmalarımız zamanı məlum olub ki, 1986-cı il təvəllüdlü Tural Mamedov 2015-ci ildə Azərbaycanda keçirilən beşinci çağrış parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olub. Həmçinin Təhsil Nazirliyinin əmri əsasında "Azərbaycan tarixi” Abituriyentlər üçün dərs vəsaitini hazırlayıb, "Qafqaz servis " MMC-nin rəhbəri olub, xalqinfo.az xəbər portalının baş direktoru vəzifəsində işləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 158 27.03.18 17:02