Bakıda polisə silahlı müqavimət göstərən şəxs öldürüldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:26 Tovuzda qəza: Üç nəfər xəsarət alıb  |     18:04 Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)  |     17:51 Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü (VİDEO)  |     17:41 Türkiyə toyuq ətinin ixracına qadağa tətbiq etməyə hazırlaşır  |     17:37 Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər  |     17:23 60 yaşlı qadın dünya gözəli seçildi - FOTO  |     17:05 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:52 Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib  |     16:29 “Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA  |     16:09 Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO  |     16:06 “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib  |     15:27 Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var  |     15:12 Azərbaycan iki nazirə yeni səlahiyyət verilib - SƏRƏNCAM  |     15:11 Azərbaycanda hakim intihar etdi  |     15:10 Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı  |     15:09 Üç dünya lideri Bakıya dəvət olunub  |     15:07 Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?  |     15:04 Azərbaycanda makler və övladları bıçaqlandılar  |     14:58 Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü  |     14:57 Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır  |    

Bakıda polisə silahlı müqavimət göstərən şəxs öldürüldü

Martın 23-də Masallı rayonunun Qızlavar kəndi ərazisindən kənd sakini Ağəddin Ağayevin qol və qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə A.Ağayevi odlu silahdan açdığı atəşlə yaralayıb hadisə yerini tərk edənin Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev olması və onun Bakı şəhərinə gedərək orada gizlənməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyevin paytaxtın N.Nərimanov rayonu ərazisində gizləndiyi müəyyən olunub və yaxalanarkən o, polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib.

Polis əməkdaşları xidməti silahdan istifadə edərək Z.Əliyevi məhv ediblər. Onun üzərindən 1 ədəd "Makarov" markalı tapança və 3 ədəd patron, mənzildən isə 2 ədəd qumbara və 5 ədəd giliz aşkar edilərək götürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 795 26.03.18 13:46