Bakıda “bomj”u öldürən şəxs: “Həmin gün “Barselona”nın oyununa baxacaqdım” » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:01 “Krokus” terroruna görə daha bir nəfər həbs edildi - FOTO  |     18:58 Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə Məlumatı  |     18:49 Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı  |     18:46 KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib  |     18:26 Tovuzda qəza: Üç nəfər xəsarət alıb  |     18:04 Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)  |     17:51 Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü (VİDEO)  |     17:41 Türkiyə toyuq ətinin ixracına qadağa tətbiq etməyə hazırlaşır  |     17:37 Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər  |     17:23 60 yaşlı qadın dünya gözəli seçildi - FOTO  |     17:05 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:52 Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib  |     16:29 “Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA  |     16:09 Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO  |     16:06 “Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib  |     15:27 Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var  |     15:12 Azərbaycan iki nazirə yeni səlahiyyət verilib - SƏRƏNCAM  |     15:11 Azərbaycanda hakim intihar etdi  |     15:10 Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı  |     15:09 Üç dünya lideri Bakıya dəvət olunub  |    

Bakıda “bomj”u öldürən şəxs: “Həmin gün “Barselona”nın oyununa baxacaqdım”

Təqsirləndirilən şəxs mərhuma neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını deyib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Median.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Nəhmətov özünü təqsirli bildiyini söyləyib. O sərbəst ifadəsində qeyd edib ki, mərhum Zahir Hacıağayevin xalası oğlunun evində işləyib, orda da içki içib: "Onlardan evə gələndə qapının açıq olduğunu və televizorun otaqda olmadığını gördüm. Maraqlananda qonşu Gülbəniz bildirdi ki, televizoru Zahir aparıb. O, daha əvvəl də məndən televizoru istəmişdi, lakin verməmişdim".

S.Nəhmətov futbol azarkeşi olduğunu deyib: "Zahir də futbola baxmağı sevirdi. Elə olurdu ki, oyunlara bir yerdə baxırdıq. Həmin gün də "Barcelona" klubunun oyunu var idi. Mən də futbola baxacaqdım. Zahirin televizoru evdən aparmasına əsəbləşdim. Sonra öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb, məhləyə düşdüm. Ona yaxınlaşanda yanında Feyruz var idi. Zahirlə əvvəl söhbət etdik. Mənə söyüş söydü, mən də onu vurdum".

Təqsirləndirilən şəxs mərhum Z.Hacıağayevə neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını vurğulayıb: "Həmin zaman Zahir televizoru satdığını etiraf etmədi. Onu öldürmək fikrim yox idi, yalnız qorxutmaq istəyirdim. Bıçağı da bunun üçün götürmüşdüm".

Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Belə ki, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayev 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov tərəfindən bıçaqlanaraq öldürülüb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən S.Nəhmətov tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkum edilib. O, əvvəllər tüfeyli ("bomj") həyatı yaşayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 379 20.03.18 18:24