Iki nəfərin ölümünə səbəb olan qəza törətmiş polis oğlu 6 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |     20:23 Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur  |     20:14 Tayvanda 6,1 maqnitudada zəlzələ baş verib  |     20:06 Kür çayında suyun səviyyəsi azalıb  |     19:53 Gürcüstan əhalisi azalır  |     19:39 Bakı metrosunda sərnişin öldü  |     19:32 Ermənistanda İrana məxsus avtobus aşdı: Ölənlər var  |     19:19 İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var  |     19:01 “Krokus” terroruna görə daha bir nəfər həbs edildi - FOTO  |     18:58 Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə Məlumatı  |     18:49 Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı  |     18:46 KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib  |     18:26 Tovuzda qəza: Üç nəfər xəsarət alıb  |     18:04 Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)  |    

Iki nəfərin ölümünə səbəb olan qəza törətmiş polis oğlu 6 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Arif Rəhimovun CM-nin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, Bakı şəhər sakini Seymur Məmmədova məxsus “Toyota" markalı avtomaşına vurub, daha sonra idarəetməni itirərək Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə F. Məmiyev (1971-ci il təv.) və sərnişini Kamal Məmmədov (1966-cı il təv.) hadisə yerində ölüblər, onun digər 2 sərnişini, həmçinin A. Rəhimov və onun 1 sərnişini Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, o ambulator müalicəyə buraxılıb.

Məlum olub ki, o Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 711 16.03.18 14:26