Rövşən Lənkəranskinin qardaşı rəis vəzifəsinə qaytarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:18 "Qaqarin” körpüsü sökülür? - VİDEO  |     18:15 Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA  |     18:13 Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər - VİDEO  |     17:01 "Bavariya"nın idman direktoru finalda "Borussiya"ya azarkeşlik edəcək  |     16:52 "AbzasMedia" işi çərçivəsində saxlanılan üç nəfərlə bağlı qərar verildi  |     16:51 Türkiyənin bu bölgələrində güclü zəlzələ ola bilər - alimdən XƏBƏRDARLIQ  |     16:40 Ermənistanda sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladıldı  |     16:10 Dövlət qurumunun iki idarəsi birləşir  |     16:07 Valeri Zalujnı Böyük Britaniya Krallığına səfir təyin olunub - YENİLƏNİB  |     15:57 Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edildi  |     15:44 Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”  |     15:41 ARB-nin aparıcısı övladını itirdi  |     15:24 1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: AzTV-nin “Qızıl Fond”undan NADİR KADRLAR - VİDEO  |     15:12 Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olub  |     14:02 DİN-dən Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotik ələ keçdi - FOTO  |     13:45 Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər  |     13:36 Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq  |     13:28 Futbol matçında qorxunc anlar: Bütün komanda hakimə hücum etdi, stadiona ordu girdi - VİDEO  |     13:26 Gürcüstan rus turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir  |     13:23 Stoltenberq: NATO Ukraynaya qoşun yeritmək fikrində deyil  |    

Rövşən Lənkəranskinin qardaşı rəis vəzifəsinə qaytarıldı

"Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifova sui-qəsd ittihamı ilə İstanbulda həbs edilən və sonra bəraət alaraq sərbəst buraxılan polkovnik Namiq Canıyev Keşlə Gömrük Postu rəisi vəzifəsinə bərpa olunub. AzEuroNews.com-a verilən məlumatda iddia olunur ki, N.Canıyev həbsindən sonra gömrük postunda rəis vəzifəsindən azad olunsa da, bu günlərdə işinə qaytarılıb.

Yerli KİV N.Canıyevin işdən azad olunduğunu yazsa da, Dövlət Gömrük Komitəsinin onun vəzifəsindən azad olunması barədə rəsmi açıqlaması olmamışdı. Onun İstanbulda saxlanarkən video görüntülərinin yayılması, həbsdə olması, bəraət alması haqda komitənin hər hansı münasibətinə, şərhinə rast gəlinməyib. Gələn xəbərlərə görə, polkovnik Canıyev bəraət aldığı üçün vəzifəsinin başına qayıda bilib. Onun Azərbaycandakı biznesində, tikinti işlərində də canlanma yaranıb.

Qeyd edək ki, N.Canıyev nüfuzlu kriminal avtoritet, İstanbulda qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) qardaşıdır. İstanbul prokurorluğunun rəsmi ittihamında qeyd olunurdu ki, N.Səlifova sui-qəsd planlaşdıran Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdürrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kenan Savcı, Necat Bingöl, Berkay Denizçı, Mehmet Sabri Şirin və saxta pasportla gəzən "qanuni oğru” Hacı Beyləqanskinin də daxil olduğu dəstəyə N.Canıyev rəhbərlik edib. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş gömrük polkovniki məhkəmə qərarı ilə bəraət alaraq Azərbaycana dönüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 330 13.03.18 12:34