3 yaşlı qızın ölümündə təqsirləndirilən həkimin işi üzrə məhkəmə istintaqı yekunlaşıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:02 DİN-dən Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotik ələ keçdi - FOTO  |     13:45 Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər  |     13:36 Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq  |     13:28 Futbol matçında qorxunc anlar: Bütün komanda hakimə hücum etdi, stadiona ordu girdi - VİDEO  |     13:26 Gürcüstan rus turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir  |     13:23 Stoltenberq: NATO Ukraynaya qoşun yeritmək fikrində deyil  |     13:21 Ağdamda 12 yaşlı uşağı ilan sancıb  |     13:00 Xınalığa sulu qar yağıb - FAKTİKİ HAVA  |     12:50 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     12:41 ADPU-nun dosenti vəfat etdi  |     12:33 Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - CANLI YAYIM  |     12:22 Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO  |     12:14 Ötən gün vətəndaşlardan dörd silah götürülüb  |     11:59 DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - VİDEO  |     11:58 Azərbaycanda icra başçısının müavini vəfat etdi  |     11:57 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:55 İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib  |     11:52 “Qəbələ”nin yeniyetmə futbolçularının Gəncədə döyülməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB  |     11:50 UEFA Avropa Liqası: Finala adlayan komandalar bəlli olurlar  |     11:49 İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib  |    

3 yaşlı qızın ölümündə təqsirləndirilən həkimin işi üzrə məhkəmə istintaqı yekunlaşıb - FOTO

Sumqayıt Şəhər Məhkəməsində "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun СM-nin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilməsiə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az xəbər verir ki, Sumqayıt şəhər sakini Arzu Qurbanlı (2014-cü il təv.) 2016-cı il iyunun 16-da günorta saatlarında şəhərin "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Əməliyyatdan 4-5 saat sonra uşaq narkozdan ayılıb, lakin gecə saatlarında onun vəziyyəti pisləşib və o, dünyasını dəyişib. A.Qurbanlının ölümünə dair keçirilən məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, uşaq mexaniki asfiksiya, yəni boğulma nəticəsində keçinib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. İstintaqın gedişatında onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Prosesdə hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses martın 14-ə təyin olunub.

Qeyd edək ki, əvvəlki iclaslarda İ.Qəmbərov bildirib ki, ona qarşı saxta ittihamlar irəli sürülüb və müstəntiq istintaqı qeyri-obyektiv aparıb. Zərərçəkmiş dəymiş ziyana görə təqsirləndiilən şəxsdən 100.000 manat təzminat istəyib.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            11 470 12.03.18 18:11