“Səs yazısı ilə həkimi şantaj etməyə başladı” — Reket jurnalistlərin işi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO  |     22:40 Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi  |     22:32 Bakıda yeni magistral yol salınır: Bu obyektlər söküləcək - Video  |     22:29 Sabah Saatlının 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır  |     22:25 İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub  |     22:19 Rus ordusu daha bir kəndi ələ keçirdi  |     22:13 Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı  |     22:01 Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb  |     21:56 Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır  |     21:50 Yeni qərar qiymət artımına təsir edəcək?  |     21:38 Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI  |     21:30 Azərbaycanda yaşayan ukraynalılar Kiyevə dəstək bəyanatı ilə çıxış ediblər  |     21:22 Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb  |     21:15 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb  |     21:10 "Barselona" klubu Pedrini satışa çıxaracaq  |     21:02 Qanunsuz balıq ovu edənlər saxlanılıb  |     20:55 Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb  |     20:46 Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər  |     20:37 Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib  |     20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |    

“Səs yazısı ilə həkimi şantaj etməyə başladı” — Reket jurnalistlərin işi

“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
“Ölkə.Az”-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Mustafa Muradov ifadə verib.

O, bildirib ki, Mingəçevir Telekommunikasiya Qovşağında rəis olub. Onun sözlərinə görə, təqsirləndirilən Surxay Əliyev ilə bir dəfə görüşüb və 10 dəqiqə söhbət edib.

Təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyən zərərçəkmiş bildirib ki, rəhbəri olduğu qovşaqda xidməti otağında jurnalistlər olub:

“Yanıma o qədər jurnalist gəlib, heç birini xatırlamıram. Jurnalistlər deyirdilər ki, maşınınımız xarab olub, müharibə zonasına gedirik, kömək edin. Biz imkan daxilində köməklik göstəridik”.

Mustafa Muradovun sözlərinə görə, Rabitə Nazirliyi ilə bağlı gedən cinayət işi ilə bağlı qəzetlərdə onların barəsində yazılar dərc olunub:

“Surxay zəng edərək ki, Rabitə işi ilə bağlı tutulan şəxslərlə bağlılığın var. Dedim elə şey ola bilməz. Surxay bildiridi ki, əlimizdə materiallar var, qəzetdə dər edəcəyik. Mən qayıtdım ki, namaz qılıb, Quran oxuyan adamam. Yenə də öz dediyini dedi. Ona yalvardım, yaxardım, amma xeyri olmadı. Məndən materialın dərc olunmaması üçün 5 min manat istədilər. Sonra həmin rəqəm 3 minə düşdü. Dedim ki, bu qədər pulum yoxdur. Sonda 600 manata razılaşdıq. Yevlax rayonunda yol polisinin postunun yaxınlığında pulu onlara verdim. Pulu verməkdə məqsədim ondan ibarət idi ki, istəmirdimm adıma nəsə yazılsın”.

Daha sonra şahid qismində Gülsarə Xəlilova ifadə verib. O bildirib ki, qızı xəstə olduğu üçün həkimə müraciət edib:

“Həkimlər hamısı pul istədilər. Qızım əməliyyat olunmalı idi, amma maddi imkanımız yox idi. Sonra nəşriyyata getdim. Orada polislər mənə məsləhət etdilər ki, Maarif Abbasovla görüşüm. Maarif müəllimlə görüşdük, ona dərdimi dedim. Həkimlərin yanına getdik. Orda pul söhbəti olmadı. Maarif müəllim heç kimdən pul istəmədi”.

Prokurorun suallarına cavab verən zaman şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında kəskin ziddiyyət yaranıb.

Bu səbəbdən onun ibtidai istintaq ifadəsi elan edilib. Şahid istintaqa verdiyi ifadəsində göstərib ki, qızının xəstəliyi ilə bağlı xəstəxanada həkim Həzrət Abbasovanın yanına gediblər:

“Əməliyyat olunmalı idi. Həkim məndən əməliyyat üçün 100 manat pul lazım olduğunu dedi. Mən həkimin səsini yazdım və Maarif müəllim verdim. O da həmin səs yazısı ilə həkimi şantaj etməyə başladı. Orda mənə Maarif dedi ki, pul alsa, mənə də maddi köməklik edəcəkdi”.

Şahidin ifadəsindən məlum olur ki, daha sonda qəzetlərdə “Sabunçuda şok rüşvət” adlı yazılar çap edilib: “Həzrət həkimin xəstələrdən pul aldığı yazıda qeyd edilmişdi. Daha sonra pulun alıb-alınmasından xəbərim olmayıb”.

Hakim bildirib ki, şahidin bilə-bilə yalan ifadə verməsi ilə bağlı barəsində xüsusi qərar çıxarılacaq.

İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.

Aparılan araşdırmalarla “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.

İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 437 06.03.18 17:46