Mojo.az — elanlar
Son Xəbərlər
20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |    
Mojo.az Avto
Mojo.az Avto

“BakuBus”da hər kəsi təəccübləndirən oğurluq - VİDEO

08.02.2018 14:40 3 271
“BakuBus”da hər kəsi təəccübləndirən oğurluq - VİDEO
Bakıda “BakuBus”da oğurluq kameraya düşüb.

Bu barədə "Bakubus MMC" xəbər yayıb:

"Təqdim olunan videogörüntüdə bir qurup şəxsin əlbir olaraq əvvəlcədən planlaşdırılmış şəkildə “BakuBus” avtobusuna daxil olaraq, qəza çıxışı üçün nəzərdə tutulmuş şüşələrin xüsusi formada sındırılmasında istifadə olunan qəza çəkicinin oğurlanması hadisəsi əks olunur.

Hadisə 06.02.2018-ci il tarixində saat 20:08 radələrində 8 saylı marşrut xətti üzrə 28 May m/s-dan Azadlıq m/s istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99JX-116 dövlət qeydiyyat nişanlı avtobusun Bakı Dövlət Sirki dayanacağına yaxınlaşarkən baş verib.

Videogörüntüdən aydın olur ki, üzlərinin kameraya düşməməsi üçün gedişhaqı digər yoldaşları tərəfindən ödənilən və xüsusi geyimdə olan iki şəxs sürətli şəkildə digər sərnişinlərin arxasından keçərək avtobusa daxil olur. Şəxslərdən biri dərhal qəza çəkicinə yönələrək əvvəlcə yoxlayır, daha sonra isə onu qoparmaq üçün yaxın oturacaqda əyləşir. Qəza çəkicinin xüsusi simlə bağlandığını əvvəlcədən bildikləri üçün yanlarında götürdükləri kəsici alətlə simi kəsməyə başlayırlar. Öz istəklərinə nail olduqdan sonra oğrular qapılar açılan kimi dərhal avtobusdan enərək sürətlə ərazidən uzaqlaşırlar.

Həmin şəxslərin yaxalanması və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün tərəfimizdən bütün hüquqi prasedurlar həyata keçirilməkdədir.

Videogörüntüdən göründüyü kimi sərnişinlərin təhlükəzisliyi və baş verə biləcək hər hansı fövqəladə hadisələr zamanı onların təxliyyə edilməsi üçün nəzərdə tutulmuş qəza çəkicinin oğurlanması zamanı içəridə olan və hadisəni müşahidə edən heç bir sərnişin müdaxilə etmir, hətta bunnunla bağlı sürücüyə məlumat belə vermirlər. Yalnız hadisə baş verdikdən, oğrular ərazini tərk edtdikdən sonra bir xanım sərnişin sürücünü məlumatlandırır. Avtobusda olan bütün sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulan qəza çəkicinin elə onların gözü önündə açıq aşkar şəkildə oğurlanmasına heç bir sərnişinin müdaxilə etməməsi çox acınacaqlı və təəssüf doğuran haldır.

Onu da qeyd edək ki, digər sərnişinlərin gözü önündə avtobuslara maddi ziyan vuran, oturacaqları yazan, qəza çəkiclərini qoparmağa çalışan “ziyanverici” sərnişinlərə əvvəllər də rast gəlinmiş və digər sərnişinlər tərəfindən vaxtında müdaxilənin nə dərəcədə həlledici olduğu müşahidə olunmuşdur.

“BakuBus” olaraq bildiririk ki, ictimai nəqliyyatdan istifadə edən hər bir şəxs ən azı özünün və yaxınlarının təhlükəsizliyi üçün nəqliyyat vasitəsində baş verən qanunsuz hallara biganə qalmamalı, öz vətəndaş mövqeyini nümayiş etdirməlidir. İstənilən sərnişin avtobusda sürücü və ya sərnişinin qanunvericilikdən kənar, ictimai mənafeyə zidd və ya asaişi pozan hərəkətlərə yol verdiyini müşahidə edərsə dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidir. Təcrübə göstərir ki, bir və ya bir neçə sərnişinin vaxtında müdaxilə etməsi, vətəndaş mövqeyini ortaya qoyması baş verəcək xoşagəlməz hadisələrin əvvəlcədən qarşısını alır. Ancaq təəssüf ki, bu videoda sərnişinlər başdan sona qədər oğruları müşahidə etməklə kifayətlənir.

Bir daha sərnişinləri ictimai maraqlara qarşı yönəlmiş bu kimi qanunsuz hərəkətlərə qarşı həssas yanaşmağa və bu cür vəziyyətlərdə vətəndaş mövqeyi ortaya qoymağa çağırırıq. Unutmaq olmaz ki, salonunda onlarla sərnişinin olduğu ictimai nəqliyyat vasitəsinin içərisində bir ictimai mühit var. Burada baş verən hadisə hər bir sərnişini maraqlandırmalı və ən azı öz təhlükəsizliyi üçün lazımi tədbirlər görməlidir.
Əgər sərnişindaşıma xidmətinin ən yüksək səviyyədə inkişafını arzulayır və tələb ediriksə, bir sərnişin kimi üzərimizə düşən vətəndaş məsuliyyətini dərk etməli, vəsifəmizi layiqincə yerinə yetirməliyik.//baku.ws

Son xəbərlər