Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:35 "Qələbə" dairəsində yenilik - VİDEO | 19:26 Gürcüstandan maşın gətirmək üçün əlavə 300 manat verəcəksiniz | 19:21 Günəşdə güclü partlayış oldu | 19:13 Könül Xasıyeva “pub”da səhnəyə çıxdı - VİDEO | 19:06 Bakının sıxlıq olan yolları - SİYAHI | 18:55 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib | 18:54 Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün! | 18:32 Altı vəkil kollegiyadan çıxarılıb, 27-si cərimələnib - Rəsmi | 18:23 Bakıdakı qətllə bağlı yeni detallar: "İsgəndər xırıltılı səslə boğazının ağrıdığını dedi" | 18:18 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi | 18:08 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi | 17:58 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarıldı (VİDEO) | 17:57 Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq | 17:30 6 min manat pensiya alan da var, 100 manat alan da – AÇIQLAMA | 17:27 Rövşan Əsgərov Rusiyada məhkəmə qarşısına çıxarılır | 17:03 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi | 16:59 Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq | 16:48 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTO | 16:32 Saatlıda ekoloji cinayət: Qanunsuz balıq ovlayan şəxs 260 saat ictimai işlərə cəlb edildi | 16:18 Peşə təhsilində 33 yeni ixtisas yaradılıb |
Mojo.az Avto
Mojo.az Avto

İnternetdə tanış olduğu qadın Bakı sakininin başına oyun açdı

27.01.2018 14:01 5 116
İnternetdə tanış olduğu qadın Bakı sakininin başına oyun açdı
Yanvarın 25-də, axşam saatlarında DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.

DİN-dən Oxu.Az-a verilən məlumata görə, Hadisə yerinə dərhal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21:00 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döydüyü, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getdikləri məlum olub.

Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən dörd nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Görülmüş tədbirlərlə onlardan biri - paytaxt sakini Orxan Hüseynov “isti izlər”lə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər