Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.
Median.Az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
“X-Club” adlanan məkanda baş verən kütləvi davada üç nəfər - Şəmkir rayon sakinləri, 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar.
Onlardan O.Məmmədovun vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.