Müdafiə Nazirliyinin sabiq maliyyə xidmət rəisi 10 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:48 Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb (YENİLƏNİB)  |     11:33 Tanınmış sovet aktyoru vəfat edib - FOTO  |     11:29 Nikol Paşinyan Fransaya gedib  |     11:27 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     11:19 Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ  |     11:18 Trampdan bir sentlik qəpiklərlə bağlı TAPŞIRIQ - Buraxılışı dayandırılır  |     17:06 Sahil Babayev karateçi olub - Nadir fotolar ortaya çıxdı (FOTO)  |     23:06 İTV-nin canlı yayımına haker hücumu oldu  |     22:52 İran valyutasından yeni antirekord  |     22:44 Babasının pulunu oğurladı, özünə telefon və paltar aldı  |     22:29 Fransada atışma: Ölən və yaralanan var  |     22:15 Taksi sürücüsü YAŞLI QADINI DƏLƏDUZLARDAN belə xilas etdi - VİDEO  |     21:52 İmişlidə yaşlı qadın sirkə turşusu içərək canına qəsd etdi  |     21:48 "Bizim mollalara baxanda qorxursan, bu, İslam deyil"  |     21:36 80 yaşlı Vanq Vanlin 700-dən çox uşağı xilas etdi  |     21:33 "Real Madrid" hər oyundan 10 milyon avro qazanacaq  |     21:31 Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     21:12 Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var  |     20:57 Sumqayıtda ana və övladı dərmandan zəhərlənib  |     20:49 Sumqayıtda ana və övladı dərmandan zəhərləndi  |    

Müdafiə Nazirliyinin sabiq maliyyə xidmət rəisi 10 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəmə prosesi yekunlaşıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Cəbrayıl Orucov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 10 il müddətinə azadlıqdan məhrum olunub.

Dövlət ittihamçısı ona 11 il həbs cəzası verilməsini istəmişdi.

Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

Qeyd edək ki, Cəbrayıl Orucov 2024-cü ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.

Onun istintaq və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı ödəmədiyi məlum olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            285 16.01.25 20:57