"Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim" - 6 uşaq anasının məhkəməsi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

"Oğurluqları narkotik ehtiyacımı ödəmək üçün törədirdim" - 6 uşaq anasının məhkəməsi

34.1-1-ci (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə) və 177-ci (oğurluq) maddələri ilə təqsiləndirilən Səbinə Cavanşir qızı Ağayevanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkən şəxslərin - Lətafət Əzimovanın, Vüsalə Bayramovanın və Nəzakət Abdullayevanın anket məlumatlarını dəqiqləşdirib. Cinayət işində 19 nəfər zərərçəkmiş qismində tanınıb. İlk olaraq Vüsalə Musayeva ifadə verib: "Mənim geyim malları satılan mağazam var, yeni mallar gəlmişdi, başım qarışıq idi. Səbinə 2 saata yaxın guya mallar almaq adı ilə, səmimiliyimdən istifadə edərək mənim çantamdan 240 manat pulumu aparıb".

Təqsirləndirilən şəxs Səbinə Babayeva oğurluq cinayətini narkotik ehtiyacını ödəmək üçün etdiyini bildirib. Qeyd edək ki, Səbinə Ağayeva dəfələrlə məhkum olunub və 6 uşaq anasıdır.

Digər zərərçəkmiş şəxs Lətafət Əzimova 2160 manat ziyan çəkdiyini bildirib: "Həmin pul onkoloji xəstə olan oğlumun əməliyyat pulu idi, bankdan kredit götürmüşdüm, dörd gün sonra hadisə baş verdi. Hadisədən bir həftə sonra isə əməliyyat olundu. Çantamdan 1 560 manat pulumu və 600 manat dəyərində telefonumu götürüb. Mən Zahid Xəlilov küçəsində yerləşən gözəllik salonunda administrator işləyirəm, hadisə də orada baş verib. Eşitdim ki, həmin gün polis onu tutub, gedib sənədlərimi Yasamal Məhkəməsindən götürsəm də, pul yox idi".

Səbinə Ağayeva hadisəni törətdiyini və həmin puldan 200 manat xərclədiyini etiraf edib: "Qalan pul isə tutulanda pulqabımda idi".

Zərərçəkən Nəzakət Abdullayeva "Azadlıq" metrosunun yanında geyim mağazası işlətdiyini qeyd edib: "Bu qadın girdi mağazaya, 4-5 çanta geyim əşyaları yığdı almağa. Sonra çıxdı çölə ki, taksini yola salım, metro ilə gedərəm, hələ alacağım əşyalar var. 3610 manat ziyan çəkmişəm, masanın üstündən qızıl qolbaq, pul və telefonu aparıb. Pulqabımın içindən pulu götürüb özünü zibil qabına atmışdır. Mənim 10 gün idi anam rəhmətə getmişdir. Sən gəlib məndən 4 min manat istəyərdin, verərdim, mənə bu qədər stres yaşatmazdın".

Məhkəmə prosesi sentyabr ayının 20-nə kimi təxirə salındı.

Qeyd edək ki, 1990-ci il təvəllüdlü Səbinə Ağayeva oğurluq cinayətləri ilə bağlı axtarışda olub və ötən ilin marta ayında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            258 06.09.24 16:03