Aeroportda polisə müqavimət göstərən taksi sürücüsü həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?  |     22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |    

Aeroportda polisə müqavimət göstərən taksi sürücüsü həbs edildi

Bakıda qanunsuz taksi xidməti göstərən şəxs həbs edilib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib.

Belə ki, polis əməkdaşları ərazidə xidmət apararkən 1966-cı il təvəllüdlü Ağdam rayon sakini V. Səfərovun "Hyundai" markalı avtomobillə taksi xidməti göstərdiyini aşkar ediblər. Taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün o, bölməyə dəvət edilib. Bu zaman V. Səfərov müqavimət göstərərək ictimai asayişi pozub.

Saxlanılan şəxs barəsində Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. İş Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə sürücünün xuliqanlıq əməli törətməməsi qənaətinə gəlib. O, məcəllənin 535-ci maddəsi üzrə cəzalandırılıb və 8 sutka inzibati həbs cəzası alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            471 05.09.24 12:32