Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? |
Mojo.az Avto
Mojo.az Avto

Kürdəmirdə məsciddən axundun qəlyanı OĞURLANDI

14.08.2024 18:29 1 272
Kürdəmirdə məsciddən axundun qəlyanı OĞURLANDI
Kürdəmirdə məsciddən axundun səsgücləndiricisini oğurlayan şəxsə hökm oxunub.

"Qaynarinfo"nun məlumatına görə, hadisə Kürdəmir şəhərindəki məsciddə baş verib.

1988-ci ildə Kürdəmir şəhərində anadan olmuş Yengibar Məmmədov adlı şəxs məscidin bağlı olmasından istifadə edərək yan pəncərəni daşla sındıraraq içəri daxil olub, dolabın içərisində olan saxlanc yeri hesab edilən dəmir qutunu açaraq içərisindən 250 manat dəyərində "Zoodo ZO 120MP/PV" markalı səsgücləndirici aparatı, bir ədəd elektron qəlyan və bir ədəd inhalyator aparatını oğurlayıb.

Yengibar Məmmədov oğurladığı səsgücləndiricini Bakıda, 20 yanvar dairəsi adlandırılan yerdə 60 manata satıb. Onun həmin gün Kürdəmirdə mağazadan siqaret də oğurladığı məlum olub.

Həmin şəxs saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə məscidin dini icmasının sədri, axund Aqil Əliyev təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulub.

Məsciddən götürülmüş elektron qəlyan və inhalyator aparatı geri qaytarılıb.

Son xəbərlər