Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT

Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun ötən ilin sentyabrın 1-də həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirməsinin təfərrüatı bəlli olub.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Ramazanlı kəndində baş verib. Hüseyn səhər saat 7-də Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idarə etdiyi VAZ-21214 markalı avtomobilində saxladığı atasına məxsus ov tüfəngindən üç dəfə atəş açıb. Bu zaman Elçin güllə yarası alıb.

Hadisəni törədən Hüseynin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Qaçaqkənd kəndində yaşayır. Onun sözlərinə görə, Neftçala Suvarma Sistemləri İdarəsində sahə rəisi vəzifəsində işləyir:

“Zərərçəkmiş Elçin mənim həmkəndlimdir. Aramızda ədavət və ya qərəzli münasibətlərimiz yoxdur. Həmişə normal münasibətlərimiz olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 31 avqust 2023-cü ildə, axşam saatlarında Sadiq adlı şəxsin mağazasından çıxanda Elçin də avtomobillə gəlib və onun yanında saxlayıb:

“Elçin bu vaxt mənə əkin sahəsinə suyun nə səbəbə gəlmədiyini dedi. Daha sonra isə təxminən 15 nəfər kənd sakinin yanında məni söydü. Elçinin sərxoş olduğunu gördüm və fikir vermədim. Daha sonra evə getdim. Səhəri günü Elçinin oğlu Nailə mobil telefonla zəng edərək atasının ötən gün məni niyə söydüyünü demək istədim. Nail telefona cavab vermədi. Daha sonra həmin gün saat təxminən 7 radələrində evdən çıxıb VAZ-21214 markalı avtomobilimlə mağazadan çörək almağa getdim. Həmin vaxt avtomobilimdə atama məxsus ov tüfəngi də olub. Arabir dovşan ovlamağa getdiyim üçün tüfəngi avtomobildə gəzdirmişəm. Bu vaxt Elçinin həyət qapısının qarşısında, avtomobil yolunda dayanaraq onu çağırdım. Elçin küçəyə çıxdı. Elçindən ötən gün məni niyə söydüyünü xəbər aldım. Bu vaxt Elçin üzərimə gəlməyə başladı. Elçini qorxutmaq üçün tüfəngi avtomobilin pəncərəsindən çıxarıb onun başının üzərindən havaya üç dəfə ardıcıl atəş açdım. Bundan sonra Elçin əlini üzünə tutub həyətinə girdi. Mən də oradan getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra evdə olanda onu həyət qapısından kiminsə çağırdığını eşidib:

“Mən küçəyə çıxdım. Bu vaxt mülki geyimli şəxslər mənə yaxınlaşdılar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdilər. Hadisə barədə məndən soruşanda hər şeyi etiraf etdim. Onlarla Neftçala Rayon Polis Şöbəsinə gəldim. Tüfənglə atəş açarkən Elçini öldürmək və ya xəsarət yetirmək niyyətim olmayıb”.

İş üzrə zərərçəkmiş Elçinin sözlərinə görə, ailəsi ilə birlikdə Neftçala rayonu, Ramazanlı kəndində qeydiyyatda olmaqla orada yaşayır:

“Təsərrüfatla məşğul olmaqla ailəmi dolandırıram. Özümə məxsus torpaq sahəsində pambıq əkib-becərirəm. Təqsirləndirilən Hüseyni rayon sakini kimi tanıyıram. O, Neftçala Suvarma Sistemləri İdarəsinin Qaçaqkənd üzrə sahə rəisidir. Onunla heç bir ədavət, düşmənçilik və qohumluq əlaqəm yoxdur. Mən pambıq sahəsini çıxış suyu ilə suvarsam da, sonra suvara bilməmişəm. Bununla bağlı olaraq da sahə rəisi kimi Hüseynə müraciət etmişəm. Gördüm ki, digər kənd sakinlərinə su verilir, lakin mənə su verilmir. Buna görə də kəndin ərazisində küçədə olan zaman suyu vermədiyi üçün Hüseynlə sözlə mübahisə etdim. Həmin zaman aramızda heç bir dava-dalaş olmadı. Həmin zaman da xatırladığım qədərilə biz bir-birimizi təhqir etdik. Sonra isə oradan hər birimiz yaşadığımız evə qayıtdıq”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat təxminən 7 radələrində yaşadığı evdə olan zaman bir nəfərin onu çağırdığını eşidib:

“Mən də həyətə düşdüm ki, görüm kimdir. Mən elə həyətin darvazasından çölə çıxmışdım ki, Hüseyn öz “Niva” markalı avtomobilindən məni söyüb təxminən 15 metr məsafədən havaya əlində olan tüfənglə üç dəfə atəş açdı. Həmin güllənin qırmalarında bir neçəsi mənim sol qulaq və baş nahiyəmə dəydi. Sonra mən tez içəri girdim. Ailə üzvlərimin köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirildim. Orada mənə ilkin tibbi yardım göstərildi. Daha sonra evə getdim”.

Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alıb. Bu səbəbdən Hüseynin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            450 28.03.24 18:23