Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldılar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:59 11-ci sinif şagirdi vəfat etdi  |     18:45 Zaxarova: “İrəvana Ukrayna münaqişəsi ilə bağlı mövqeyini izah etmək üçün güc arzulayıram” - VİDEO  |     18:30 Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO  |     18:17 Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq  |     17:48 Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi  |     17:35 Rusiya XİN: Ermənistan KTMT-nin üzvü olaraq qalır  |     17:02 Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR  |     16:57 Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA  |     16:51 “Red Bull”da daha bir ayrılıq yaşana bilər  |     16:34 Azərbaycanlı aparıcıya ağır itki  |     16:19 Suqovuşan su anbarına balıq körpələri buraxılıb  |     16:05 FHN azyaşlıları xilas etdi - VİDEO  |     15:53 Xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? - RƏSMİ AÇIQLAMA  |     15:51 Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb  |     15:38 Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək  |     15:35 Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO  |     15:18 Kəlbəcərdə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     15:04 Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO  |     15:03 Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib  |     15:01 Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA  |    

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldılar - VİDEO

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Zaur Məmmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət İsayev saxlanılıblar.

Həmin şəxslərin üzərilərinə, eləcə də Z.Məmmədovun avtomobilinə və evinə baxış keçirilən zaman ümumilikdə bir kiloqramdan artıq (1 165 qram) narkotik vasitə olan marixuana, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd həmin silaha məxsus patron darağı və altı ədəd güllə aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            582 21.02.24 12:26