Mojo.az Banner
12:02 Əlverişsiz hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     12:00 "Qarabağ"a keçidi gözlənilən vingerin transferinin DETALLARI (FOTO)  |     11:58 UEFA Çempionlar Liqasında püşkatma: "Sabah"ın rəqibləri bəlli olur  |     11:56 Azərbaycan nefti ucuzlaşıb  |     11:50 Ermənistanın sabiq prezidenti Koçaryanın həbs müddəti bilindi (Yenilənib)  |     11:47 "Meta" məhkəməni uduzdu: ABŞ ştatlarına 17 milyard dollara yaxın ödəniş edəcək  |     11:46 "WhatsApp"da böyük DƏYİŞİKLİK: Hesabların sındırılması çətinləşəcək  |     11:43 Bakıda DƏHŞƏT: Ətdən boğulan kişi boğazını deşdi, qanaxmadan öldü - YENİLƏNİB  |     11:41 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR - VİDEO  |     11:24 Mingəçevir su anbarında balıqçı itkin düşüb  |     11:19 Nigar Fərhad SAXLANILDI - VİDEO  |     11:12 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA  |     23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |    
Left Banner
Right Banner

Şirvanda saxlanılan narkokuryerdən dörd kiloqram narkotik vasitə aşkarlanıb

17.02.2024 17:04 3 786
Şirvanda saxlanılan narkokuryerdən dörd kiloqram narkotik vasitə aşkarlanıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Amil Şərifov şəhər ərazisində saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı əlində olan sellofan torbadan çəkisi 2 kiloqramdan artıq olan heroin və 1 kiloqram 870 qram olan marixuana, eləcə də narkotik tərkibli həblər aşkar edilərək götürülüb.

Dindirilmə zamanı A.Şərifov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner