Qusara avtomat satmağa gələn Bakı sakini yaxalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rahib Nuriyev saxlanılıb.
Həmin şəxsin üzərindən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilib.