Bakıda ailə üzvlərini amansızlıqla qətlə yetirən şəxs psixiatrik xəstəxanada qeydiyyatda olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Bakıda ailə üzvlərini amansızlıqla qətlə yetirən şəxs psixiatrik xəstəxanada qeydiyyatda olub

Dünən Xətai rayonunda əvvəlcə bacısı və onun körpə qızını, daha sonra ata-anası və 9 yaşlı qardaşını amansızlıqla öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədov barəsində çoxsaylı iddialar səsləndirilir.

“Qafqazinfo” xəbər verir ki, Ə.Əhmədov barəsindəki ən ciddi və ağır iddia onun əvvəllər həmyaşıdını bıçaqlaması, hətta öldürməsi ilə bağlıdır. Qətlə yetirilən Mehman Əhmədovun xalası Qənirə Əhmədovanın da Əhmədin məktəbdə təhsil alarkən bıçaqlanma hadisəsi törətdiyini deməsi iddiaları daha da gücləndirib.

Mövzu ilə bağlı apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun cinayət törətməsi və məhkum edilməsi ilə bağlı rəsmi qurumlarda hər hansı məlumat yoxdur və iddia edilən cinayətlə bağlı qeydiyyat mövcud deyil.

Bununla yanaşı, onun ixtisaslaşmış psixiatrik xəstəxanada qeydiyyatda olması və müalicə aldığı məlum olub.

Qohumları ilə bərabər Ə.Əhmədovu tanıyan digər şəxslər, eləcə də məktəb yoldaşları onda psixoloji problemlərin olduğunu, qeyri-adekvat davranışlar etdiyini bildiriblər.

Ciddi psixoloji xəstəliyi olan Əhməd Əhmədovun sürücülük vəsiqəsinə sahib olması, Bakıda taksi fəaliyyəti göstərməsi kimi iddialar da var.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 617 14.02.24 12:12