Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daxil olmuş 33 kiloqram narkotik vasitə ələ keçirilib - FOTO

10.02.2024 17:02 3 135
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daxil olmuş 33 kiloqram narkotik vasitə ələ keçirilib - FOTO
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daxil olmuş 33 kiloqram narkotik vasitə, psixotrop maddə və həblərin paytaxt ərazisinə çatdırılaraq burada realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Ərçivan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini, hazırda narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dövlət sərhədini qanunsuz keçmə maddələri ilə axtarışda olan, əvvəllər isə Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, əmlakı qəsdən məhvetmə və ya zədələmə, hədə-qorxu ilə tələbetmə və digər maddələri ilə məhkum olunmuş Aqil Şirəliyev “Chevrolet Nexia” markalı avtomobildə saxlanılıb.

Həmin nəqliyyat vasitəsinin yük yerindən A.Şirəliyevə məxsus iki ədəd torbadan umumilikdə 15 kiloqram heroin, 16 kiloqram marixuana, iki kiloqram metamfetamin və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin ölkəyə İrandan qaçaqmalçılıq yolu gətirilmiş həmin narkotik vasitələri pul qarşılığında paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. A.Şirəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Astara rayonunda son bir ay ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 11 ədəd müvafiq sənədləri olmadan qanunsuz saxlanılan ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.




Son xəbərlər