Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşa AĞIR CƏZA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşa AĞIR CƏZA

Şəmkirdə 2 qadına qarşı dələduzluq və quldurluq əməlində təqsirləndirilən Kəlbəcər rayon sakinləri Sənani Misirov və ögey bacısı Gülnar Həşimzadəyə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 33 yaşlı Sənani və 30 yaşlı ögey bacısı Cinayət Məcəlləsinin 178 və 181-ci (dələduzluq və quldurluq) maddələri ilə təqsirli biliniblər.

Məlum olub ki, Sənani 2018-ci ildə həbsdən çıxıb və həmin vaxt ögey bacısı boşanıb. Bundan sonra onlar Bakıda birgə kirayədə yaşamağa başlayıblar. 2021-ci ildə isə Sənani və Gülnar Bakıdan Şəmkirə gedərək orada özlərini ər-arvad kimi təqdim edərək kirayə ev tutublar. Daha sonra onlar qızıl alveri ilə məşğul olan və Gəncədə fəaliyyət göstərən 2 qadınla əlaqə saxlayaraq onlarla münasibət qurublar.

Özlərini həmin qadınlara da ər-arvad kimi təqdim edən şəxslər onlardan birinin inamını qazanaraq toyda istifadə edib qaytarmaq adı ilə 17 min manatlıq qızıl-zinət əşyaları alıblar. Daha sonra hər iki şəxs digər qızıl alverçisini yaşadıqları evə dəvət edib və ona hədə-qorxu gələrək özü ilə satış üçün gətirdiyi 15 min manata yaxın dəyəri olan qızılları zorla əlindən alıblar.

Daha sonra hər iki şəxs Bakıya qayıdaraq ələ keçirdikləri qızılları satıblar.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda Sənani Misirova 9 il 6 ay, Gülnar Həşimzadəyə isə 9 il həbs cəzası verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 431 25.01.24 18:51