Polis Kürdəmirdə əməliyyat keçirib, 57 kibrit qutusu marixuana aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:33 Azərbaycanda qazi həmyaşıdını bıçaqladı  |     12:18 Nazirdən daha bir əmr: İdarə rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB  |     12:16 Səbaildə su xəttində qəza: Məhdudiyyət yarandı - AÇIQLAMA (YENİLƏNİB)  |     12:14 Dünya bazarında neft qiymətləri artıb  |     12:13 Bakıda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb  |     12:12 Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO  |     12:11 Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb  |     12:11 UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür  |     12:10 Bu günədək 6 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb  |     12:09 Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul olunub  |     12:07 Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni vaksin əlavə olunub  |     12:06 Azərbaycan nefti ucuzlaşıb  |     11:53 Sumqayıtda 15 yaşlı qız itkin düşüb  |     11:39 Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb  |     11:38 Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO  |     11:37 “Formula-1”in ən yaxşı bolidinin yaradıcısı “Red Bull”u tərk etdi  |     11:36 Çin Ayda gələcək bazasını göstərdi: Qəribə bir məqam hər kəsin diqqətini çəkdi - VİDEO  |     11:34 Azərbaycanda tanınmış aşığın gəlini evdən qaçdı - YENİLƏNİB (VİDEO)  |     11:31 Naxçıvan Dövlət Universitetinin dosenti vəfat etdi  |     11:25 Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək  |    

Polis Kürdəmirdə əməliyyat keçirib, 57 kibrit qutusu marixuana aşkarlanıb

Polis Kürdəmirdə əməliyyat keçirib, 57 kibrit qutusu marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir rayonu ərazisində polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat tədbirləri zamanı rayonun Sor-Sor kənd sakini Elzamin İsmayılov saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı satış məqsədilə 57 ədəd kibrit qutusunda qablaşdırılmış və çəkisi 400 qrama yaxın olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Polis əməkdaşları tərəfindən son iki həftə ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı ümumilikdə 11 nəfər saxlanılıb. Onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktlarla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            456 17.01.24 20:06