Hacıqabulda iranlı narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:59 Azərbaycanda zəlzələ olub  |     14:41 Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ  |     14:19 Bakıda 55 yaşlı qadının meyiti tapıldı  |     14:10 Bakıda ağacəkmə aksiyası keçirilib  |     14:09 Əli Əsədov Türkiyəyə səfər edəcək  |     14:07 Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - FOTO/VİDEO  |     14:05 Xətaidəki qəzada 13 yaşlı oğlan xəsarət alıb  |     14:05 Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb  |     13:45 Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA  |     13:44 Yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib  |     13:43 Samuxda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO  |     13:41 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:39 Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq  |     13:31 Beyləqanda dörd narkotacir ələ keçdi  |     13:30 Bakının bir yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı  |     13:29 Orqanizmi xərçəngdən qoruyan VİTAMİN  |     13:27 Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar - SƏBƏB  |     13:26 Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi  |     13:23 Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO  |     13:20 Xankəndidə son bir həftədə 33 avtomat tapılıb  |    

Hacıqabulda iranlı narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şəmkir rayon sakini Namiq Hüseynov Hacıqabul rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə və əlində olan torbaya keçirilən baxış zamanı təmiz çəkisi 2 kiloqramdan artıq olan marixuana və yarım kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

Dindirilmə zamanı N.Hüseynov narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından əldə etdiyini etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. N.Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            711 15.01.24 12:27