Beyləqan polisi əməliyyat keçirdi: Saxlanılan var » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |     14:08 Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq  |     13:52 Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər  |     13:40 Bu hallarda kirayəyə ev verənləri cəza gözləyir - AÇIQLAMA (VİDEO)  |     13:20 Səs yazısı yayılan bağça müdiri ilə bağlı rəsmi açıqlama  |     13:17 Pensiya alanların NƏZƏRİNƏ: Ödənişlər edildi  |     13:15 Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - YENİLƏNİB  |     13:14 Ögey atasını öldürmüş şəxsə cəza verilmədi - FOTO  |    

Beyləqan polisi əməliyyat keçirdi: Saxlanılan var

Beyləqan rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb, digər tədbirlərlə isə silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Namət Əhmədli saxlanılıb. Onun üzərində və yaşadığı ünvanda müvafiq axtarış aparılarkən iki kiloqramdan artıq marixuana və 17 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. O, dindirilərkən narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu etiraf edib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı silah-sursat aşkar edilərək götürülüb. Belə ki, ilk olaraq rayon ərazisindəki məişət tullantılarının atıldığı ərazidən bir ədəd “Kalaşnikov AK-74” markalı avtomat, ona məxsus daraq və 22 ədəd patron, iki ədəd “TOZ” markalı tüfəng aşkarlanaraq götürülüb. Bundan əlavə, rayon sakinindən müvafiq sənədləri olmayan ov silahı da aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            651 08.01.24 12:50