Bakıda mağazadan oğurluq olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 27-də axşam saatlarında rayon ərazisindəki mağazaların birindən 6 500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.