Yardımlıda dərədən 18 kiloqram narkotik aşkarlanıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:38 Qəsəbə sakinlərinin su problemləri 20 ildir həll olunmur - VİDEO  |     18:31 Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ  |     18:12 AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb  |     17:25 Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR (VİDEO)  |     17:14 Bakıda yük maşınları yanıb - VİDEO  |     16:51 Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı  |     16:38 İyunda ardıcıl beş gün iş olmayacaq  |     16:31 Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?  |     15:31 Kəlbəcərdə yük maşını aşıb, ölən var  |     15:28 Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib  |     15:19 Rasim Tağıyevin oğlu həbs edildi  |     15:12 Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb  |     15:11 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB  |     15:11 Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO  |     13:48 “Bitcoin”in məzənnəsi 60 min dollardan aşağı düşdü  |     13:31 Oğuzda silahlı şəxs saxlanılıb  |     13:22 Ermənistanda kazarmada ölən əsgərlərin qohumları: “Yanğına inanmırıq, onlara nəsə edilib”  |     13:20 MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq  |     13:19 Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb  |     13:16 Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi  |    

Yardımlıda dərədən 18 kiloqram narkotik aşkarlanıb - FOTO

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 18 kiloqram narkotik vasitə və güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əldə edilmiş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran şəhər sakini Xalid Hüseynov Yardımlı rayonu ərazisində saxlanılıb. Həmin şəxsin Ərsilə kəndi ərazisində dərədə gizlətdiyi torbadan ümumilikdə 17 kiloqram artıq marixuana, bir kiloqram tiryək və 6 260 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırma zamanı X.Hüseynovun xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitələri satışının təşkil olunmasından ötrü deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            816 25.12.23 12:02