Keçmiş arvadını baltalayan şəxs: “Onu izləyəndə gedib kafedən tapmışam” - CİNAYƏT İŞİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 Türkiyədə zəlzələ oldu  |     22:22 Roma imperatoru Yustinian dövründə tikilmiş 1500 illik xristian bazilikası tapıldı  |     22:16 Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı  |     22:07 3 milyon il ərzində formalaşmış planet tapıldı - Yerdən 520 işıq ili uzaqda...  |     22:01 Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR  |     21:55 Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR  |     21:47 Sumqayıtın 75 illiyi ilə bağlı möhtəşəm konsert və atəşfəşanlıq olacaq  |     21:42 İranda din xadimi beş il azadlıqdan məhrum edilib  |     21:38 "Real"ın ulduz futbolçusu zədələnib  |     21:30 Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub  |     21:24 İran SWIFT sistemini ACUMER-lə əvəzləyib  |     21:19 Dünyanın ən yaşlı futbolçusu vəfat edib  |     21:11 Lənkəranda avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:06 Ötən həftə azad olunan ərazilərdə 213 mina zərərsizləşdirilib  |     20:59 Peskov: Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib  |     20:54 Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb  |     20:48 Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ  |     20:41 Türkiyə ordusu Suriyada yeni əməliyyat keçirib, 7 terrorçu öldürülüb  |     20:35 Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilib  |     20:27 İngiltərə klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Keçmiş arvadını baltalayan şəxs: “Onu izləyəndə gedib kafedən tapmışam” - CİNAYƏT İŞİ

Quba rayonunda 1984-cü il təvəllüdlü Şəhriyar həyat yoldaşı Almazı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Şəhriyar 25 aprel 2022-ci ildə Quba rayonunun kəndlərindən birində yaşadığı evdə araq içib. Sərxoş olduqdan sonra faktiki ayrı yaşadığı arvadı Almazın onun 4 uşağının anası olmasına rəğmən başqa kişilərlə sevgi məzmununda danışa biləcəyini düşünüb.

Məsələni aydınlaşdırmaq üçün saat 14 radələrində qayınanası Simanın evinə gəlib. Giriş qapısının qarşısında Almazı xəyanətdə günahlandırıb. Almazın onu alçaldaraq təhqir etməsindən əsəbiləşib.

Şəhriyar yerdə olan baltanı götürüb və çapıcı-kəsici ağzı ilə Almazın baş nahiyəsinə 2 dəfə, çiyin nahiyəsinə isə 1 dəfə vurub. O, yerə yıxılan arvadının hər iki əli ilə boğaz nahiyəsindən yapışaraq onu boğub.

Almazın kömək çağırışlarına gələn qızının gözləri qarşısında arvadını boğmağa davam edib. Qadın Şəhriyarın sol əlinin barmağını dişləyib.

Qızı atasının ona əhəmiyyət vermədiyini görəndə stəkanla onun baş nahiyəsinə zərbə endirib, anasını xilas edə bilib. Qadına xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Şəhriyarın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəhriyar ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Almaz ondan faktiki ayrılıb və öz evlərinə gedib: “Ayrılmağımızdan bir ay keçməmiş Almaz başqalarıyla danışmağa başladı. Halbuki dörd uşaq anasıdır. Mən özüm taksi fəaliyyəti ilə məşğul olmuşam. İşləyib ailəmi saxlamışam, tüfeyli həyat tərzi sürməmişəm. Almaz həmişə deyirdi ki, hər şey yaxşı olacaq. Ayrılsaq da, uşaqlarıma görə Almazgilə gedib-gəlmişəm. Onu izləyəndə gedib kafedən tapmışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisəyə gəldikdə, o, həmin gün üç dəfə Almazgilin evinə gedib:

“Almazın hansısa oğlanla mobil telefonda danışdığını gördüm. Uşaqlarımın məktəbdən gələn vaxtı olduğu üçün ona heç nə demədim. Daha sonra uşaqları evdən göndərdim. Almaz mənə “sən kişi deyilsən” tipli ifadələr işlətməyə başladı.

Hadisə zamanı balta götürməmişəm. Balta Almazın dayandığı yerdə idi. Əksinə, baltanı götürərək Almaza verdim ki, məni vurub öldürsün, onun bu hərəkətlərini görməyim. O da baltanı qaytararaq məni öldürmək istəmədiyini bildirdi.

Söhbət əsnasında ünvanıma nalayiq, təhqiramiz ifadələr işlətməyə davam etdi. Məni o həddə çatdırdı ki, bilmədən onun baş nahiyəsinə xəsarət yetirdim. Xəsarət yetirəndən sonra balta yenə də əlimdə idi. Öldürmək niyyətim olsaydı, bir balta zərbəsi ilə onu öldürə bilərdim”.

Təqsirlədirilən şəxs bildirib ki, Almaza bir dəfə baltayla xəsarət yetirib: “Hansı bədən nahiyəsinə zərbə endirdiyimi xatırlamıram. Almazı boğmağa çalışmamışam, boğmamışam. Barmağımı dişləyib buraxmayanda o biri əlimlə Almazın boğazını sıxmışam ki, barmağımı buraxsın. Qızımın məni stəkanla vurmasından sonradan xəbərim olub”.

İş üzrə zərərçəkmiş Almazın sözlərinə görə, 2021-ci il mayın 24-də əmisigildəki yığıncaqdan evlərinə gəlib: “Şəhriyar içkili idi. O, dəfələrlə üstümə içkili vəziyyətdə gəlib. Qayınana, qayınata yanında yaşamışam.

Şəhriyarın psixoloji problemləri vardı. Bunu bütün kənd bilirdi. Qayınanam və qayınatam dəfələrlə ona evdən çıxıb getməsini bildiriblər. Şəhriyar ata-anasına da əl qaldırırdı”.

Zərərçəkmiş deyib ki, hadisə baş verən zaman onlar on bir aymış ayrılıblarmış: “Mart ayında rəsmən boşandıq. Hadisə aprel ayında baş verdi.

Hadisə günü Şəhriyar bizə gələndə telefonla danışırdım. Həmin gün Şəhriyar bizə üç dəfə gəlib getdi. Bir dəfə çörək üçün gəlmişdi. Pulu balaca qızıma vermişdi. Bir dəfə gələrək şor almışdı. Üçüncü dəfə isə hadisə törətməyə gəldi.

Həmin ərəfədə Şəhriyar mənimlə barışmaq istədi. Dörd uşağımızın olduğunu bildirdi, ona yazığım gəlməyini bildirdi. Mənim də Şəhriyara yazığım gəlmədiyini, uşaqların onun yanında pis olduğunu, təhqiredici ifadələrin və mübahislərin şahidi olduğunu bildirdim”.

Zərərçəkmişin sözlərinə görə, Şəhriyar üçüncü dəfə onlara gələndə telefonla bibisi ilə danışırmış: “Şəhriyar bizə doğru gələndə anam onu gördü və mənə qapını kilidləməyimi tapşırdı. Mən də qapını kilidlədim. Bibimlə görüntülü danışan zamanı Şəhriyarın evimizə gəldiyini gördü və danışığı sonlandırdıq.

Şəhriyar məndən kiminlə danışdığımı soruşdu. Ona heç bir dəxli olmadığını, ayrıldığımızı dedim, çıxıb getməsini xahiş etdim. Şəhriyar məndən son şans istədikdə, təklifini rədd etdim. Dedi ki, son dəfə ona su verim, bundan sonra gedəcək.

Şəhriyar evə gələndə kiçik qızımla böyük oğlum evdə idi. O, uşaqlara mənimlə təkbətək söhbəti olduğunu bildirdi və uşaqları nənəsigilə göndərdi. Onlar gedəndə böyük qızım məktəbdən gəldi. Şəhriyar onun da qolundan tutaraq bayıra çıxardı. Uşağın heç olmasa əynini dəyişib getməli olduğunu dedim. Şəhriyar nənəsigildə yemək yeməyi, daha sonra evə gəlməyi tapşırdı. Qızım aralanaraq getdi. Mən Şəhriyara su verdim. Şəhriyar suyu içib stəkanı kərpiclərin üzərinə qoydu”.

Almaz qeyd edib ki, bundan sonra Şəhriyar barışmaqdan bəhs etsə də, onunla razılaşmayıb: “Bir də gördüm ki, Şəhriyar baltanı əlinə götürüb. Sərxoş olduğuna görə xahiş etdim ki, baltanı yerə qoysun. Onun hərəkətdən diksindim. Bu zaman gülümsəyərək “Almaz, narahat olma, mən səni çox sevirəm, sənə heç vaxt xəsarət yetirmərəm” dedi. Mən də bu sözlərə inandım.

Fırlanmaq istədikdə gördüm ki, arxadan başıma nəsə dəydi. Zərbənin biri başımın ortasına, üçüncü zərbə isə çiynimə dəydi. Şəhriyarın əlindən baltanı alaraq üzü aşağı yıxıldım. Yıxılanda məni artıq qan götürmüşdü. Şəhriyar kürəyimə oturmuşdu.

Səs eşidən qızım əmimə deyib ki, Şəhriyar anamı öldürür. Əmimgillə evimizin arasında məsafə çox az idi. Həmin vaxt mən də qışqırdım. Uşaq gəlib Şəhriyarı üzərimdə gördü. Şəhriyarın əlini dişlədim. Çünki məni boğazımdan tutaraq boğurdu. Yenə boğazımdan tutaraq məni boğmağa çalışanda barmağını bu dəfə dərindən tutub dişlədim.

Şəhriyar üzərimdən qalxanda gördüm ki, qızım onun başına stəkanla vurub. O, ayağa qalxaraq uşağın arxasıyca qaçdı. Uşağa dedi ki, bura gəl, səni öldürəcəm. Uşaq yola doğru, əmim də uşağa doğru qaçdı. Şəhriyar əmimi gördükdə bağın içərisinə tərəf qaçırdı”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şəhriyar 14 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            861 19.12.23 11:41