Ağdaşda qəsdən yanğın törədən şəxs saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:01 Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı  |     21:50 Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)  |     21:44 Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı - ISW  |     21:28 Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb  |     21:20 İmişlidə yol qəzası olub, xəsarət alanlar var  |     21:11 Keçmiş gömrük əməkdaşına hökm oxunub  |     21:06 Fransada nümayişçilərlə polis arasında toqquşma olub, 17 nəfər saxlanılıb  |     20:59 Erməni hərbi həkimlər NATO-nun təlimlərində iştirak edəcəklər  |     20:47 Azərbaycanda beyin ölümü keçirən şəxslərin yaxınları transplantasiyaya razılıq verməyib  |     20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |     19:57 Bakıda 12 yaşlı piyadanı avtomobil vurub  |     19:38 Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”  |     19:23 İmişlidə qəza: Xəsarət alanlar var  |     19:08 Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb  |     18:58 Apteklərdə yoxlamalar aparıldı: Nöqsanlar AŞKARLANDI  |     18:51 Xəstəliyinə görə azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi - VİDEO  |    

Ağdaşda qəsdən yanğın törədən şəxs saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisində qəsdən yanğın törədən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, müxtəlif vaxtlarda Orta Qəsil və Qulbəndə kəndlərində yaşayış evinin, eləcə də iki tövlə və ot tayalarının yanması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı yanğınların naməlum şəxs tərəfindən qəsdən törədildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəmiş İbrahimov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində də son günlərdə bir neçə əməliyyat tədbiri keçirilib. Keçirilmiş tədbirlərlə narkotiklərin saxlanılması və daşınmasında şübhəli bilinən dörd nəfər - Səbuhi Quliyev, Elmir Həsənov, Vahid Şirinov və Hidayət Nuruyev tutulub. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi istiqamətində də əməliyyat-profilaktik tədbirlər keçirilib. Keçirilən əməliyyat nəticəsində rayon ərazisindən “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkarlanaraq götürülüb. Həmçinin, profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları iki ov tüfəngini də könüllü olaraq polisə təhvil veriblər.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            696 13.12.23 12:38