Qubada əməliyyat: Əlbir olduqları qadınları qoyub qaçdılar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:39 Ukraynanın Xarkov vilayətinə hücum olub, ölənlər və yaralananlar var  |     20:30 Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb  |     20:25 Sabahın hava proqnozu açıqlanıb  |     20:18 Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib  |     20:09 Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib  |     19:57 Bakıda 12 yaşlı piyadanı avtomobil vurub  |     19:38 Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”  |     19:23 İmişlidə qəza: Xəsarət alanlar var  |     19:08 Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb  |     18:58 Apteklərdə yoxlamalar aparıldı: Nöqsanlar AŞKARLANDI  |     18:51 Xəstəliyinə görə azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi - VİDEO  |     18:38 Qəsəbə sakinlərinin su problemləri 20 ildir həll olunmur - VİDEO  |     18:31 Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ  |     18:12 AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb  |     17:25 Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR (VİDEO)  |     17:14 Bakıda yük maşınları yanıb - VİDEO  |     16:51 Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı  |     16:38 İyunda ardıcıl beş gün iş olmayacaq  |     16:31 Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?  |     15:31 Kəlbəcərdə yük maşını aşıb, ölən var  |    

Qubada əməliyyat: Əlbir olduqları qadınları qoyub qaçdılar - VİDEO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən ümumilikdə dörd nəfər saxlanılıb.

Onlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır.

Həmin şəxslər qrup şəklində Quba rayonuna, əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan yeddi kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

O.Əsədullayev və S.Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da, daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            861 05.12.23 12:28