AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:19 Peter Mixalko: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişi dəstəkləyir  |     22:12 Zirədə niyə zibil konteyneri yoxdur? (VİDEO)  |     22:06 Bu ölkə 20 ildə ilk dəfə baş nazirini dəyişdi  |     22:01 Çingiz Mustafayev evlənir  |     21:54 Məcburi köçkünlərə verilən "çörəkpulu" kəsilir? - Rəsmi açıqlama  |     21:48 Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir  |     21:39 "Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb  |     21:32 Pelleqrini: Baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükədir  |     21:23 Tbilisidə etiraz aksiyasında polisə hücum edən şəxs həbs olunub  |     21:15 “Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib  |     21:11 Küveytdə yeni hökumət and içib  |     21:04 Lənkəranda poçt şöbəsindən oğurluq edilib  |     20:58 "Formula 1" pilotu "Uilyams"la müqavilə müddətini uzadıb  |     20:50 Bu il Azərbaycan ərazisindən daşınan yüklərin həcmi açıqlanıb  |     20:44 Fransada keçiriləcək olimpiadanın büdcəsi tükənir  |     20:39 Sabah Bakıda və bölgələrdə 20 dərəcə isti olacaq  |     20:30 Nazir müavini: “Azərbaycanın regionlarında “Belarus” mağazaları açılacaq”  |     20:24 G7 ölkələrinin sammitində Azərbaycanın COP29-a hazırlıqla bağlı gördüyü işlərdən danışılıb  |     20:17 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     20:09 Kim Çen In taktiki raket sistemi ilə tanış olub  |    

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb.

Oxu.Az AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb. Könül Mehtiyeva 17 iyun-1 iyul aralığında Avro-2024-ün Frankfurt şəhərində təşkil olunacaq beş oyununda UEFA nümayəndəsi olacaq.

O, qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika - Slovakiya, iyunun 20-də Danimarka - İngiltərə, iyunun 23-də İsveçrə - Almaniya, iyunun 26-da Slovakiya - Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

Xatırladaq ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksəkrütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            150 01.05.24 18:12