Samuxda oğurluq etməkdə şübhəli bilinən qohumlar saxlanılıblar - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:23 İmişlidə qəza: Xəsarət alanlar var  |     19:08 Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb  |     18:58 Apteklərdə yoxlamalar aparıldı: Nöqsanlar AŞKARLANDI  |     18:51 Xəstəliyinə görə azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi - VİDEO  |     18:38 Qəsəbə sakinlərinin su problemləri 20 ildir həll olunmur - VİDEO  |     18:31 Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ  |     18:12 AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb  |     17:25 Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR (VİDEO)  |     17:14 Bakıda yük maşınları yanıb - VİDEO  |     16:51 Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı  |     16:38 İyunda ardıcıl beş gün iş olmayacaq  |     16:31 Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?  |     15:31 Kəlbəcərdə yük maşını aşıb, ölən var  |     15:28 Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib  |     15:19 Rasim Tağıyevin oğlu həbs edildi  |     15:12 Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb  |     15:11 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB  |     15:11 Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO  |     13:48 “Bitcoin”in məzənnəsi 60 min dollardan aşağı düşdü  |     13:31 Oğuzda silahlı şəxs saxlanılıb  |    

Samuxda oğurluq etməkdə şübhəli bilinən qohumlar saxlanılıblar - FOTO

Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndindəki fərdi yaşayış evlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Polis şöbəsinin əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb və məlum olub ki, naməlum şəxs və ya şəxslər qeyri-qanuni yolla mənzilə daxil olaraq oradan ümumi dəyəri 3 500 manat olan müxtəlif məişət əşyalarını oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məhərrəmov saxlanılıb.

Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cinayəti bacısı oğlu Sərxan Balakişiyevlə birlikdə törətməsi də məlum olub.

Polis əməkdaşları S.Balakişiyevi şübhəli şəxs qismində saxlayaraq istintaqa təhvil veriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            813 04.12.23 12:46