Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb.
Şərab evində satıcı işləyən 2004-cü il təvəllüdlü Cümşüd Duman oğlu Hacıyev müştəri ilə mübahisə edib. Mübahisə zamanı satıcı C.Hacıyev bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.