Bakıda 10 gün əvvəl bir nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, oktyabrın 31-də Nəsimi rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər oğurluq və quldurluğa görə məhkum olunmuş Niyaməddin Məmmədov və Elsevər Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.