Noyabrın 7-də saat 5 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı Rayon Prokurorluğuna məlumat daxil olub.
Masallı Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
* * * * *
Noyabrın 7-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Salatın Hüseyn qızı Fətullayevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, cinayət əməlini törətməkdə qadının atası, 1969-cü il təvəllüdlü Hüseyn Qurban oğlu Şükürov şübhəli bilinir. O, saxlanılıb.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.